Geri

30 sentyabr 2013-cü il saat 12:30-dək:

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 18 kv.m olan 1 otaqlı mənzilin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə yanmışdır. Dam örtüyünün qalan hissəsi və mənzil yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 sentyabr 2013-cü il saat 11:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 27 sentyabr 2013-cü il tarixində 1960-cı il təvəllüdlü Talıb Saqil oğlu Ömərovun  Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal olunur. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunmuş və axtarışlara başlamışlar. 

Geri

30 sentyabr 2013-cü il saat 08:00-dək:

Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində vətəndaşlara məxsus “VAZ” markalı iki minik avtomobilləri toqquşmuşdur.Yanğın hadisəsi baş vermişdir. Nəticədə  avtomobillərdən birinin yanar hissələri yanmışdır.Digər minik avtomobili  yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 sentyabr 2013-cü il saat 02:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş, qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 02:00-da başa çatmışdır.
Geri

30 sentyabr 2013-cü il saat 01:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 6 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:25-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:04-də başa çatmışdır.

 

Geri

30 sentyabr 2013-cü il saat 01:30-dək:

İsmayıllı rayonu, Mican kəndində vətəndaşa məxsus evə bitişik tikilmiş ümumi sahəsi 32 kv.m olan talvarın altına yığılmış 2,7 ton ot bağlamasının 1,7 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və bitişik tikilmiş ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu, Şənlik kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Soltanabad kəndində (rayon mərkəzindən 36 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 9 ton ot tayasından 4 tonu yanmışdır. Ot tayasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Xudat qəsəbəsində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobili sahibi məlum olmayan "T-80" markalı traktorla toqquşması nəticəsində yanğın baş vermişdir. Nəticədə "Hyundai" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğınsöndürənlər hadisə yerinə çatana kimi minik avtomobilinin sürücüsü ağır bədən xəsarətləri ilə əhali tərəfindən avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım xidmətinə təhvil verilmişdir. Traktor yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.