Geri

31 iyul 2013-cü il saat 16:30-dək:

Bərdə rayonu, Zümürxan kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan avtomobil təmiri sexində təmirə dayanmış “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Avtomobil təmiri sexi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 iyul 2013-cü il saat 09:10-dək:

Bakı şəhəri, Sabunçu  rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan vaqon tipli  köməkçi tikilinin yanar konstruksiyaları və içərisində olan ev əşyaları  yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 iyul 2013-cü il saat 07:50-dək:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 16 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından  mühafizə olunmuşdur. Yanğın saat 07:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 iyul 2013-cü il saat 03:40-dək:

Ağsu rayonu, Ərəbuşağı kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 342 kv.m olan 2 mərtəbəli (hər mərtəbə 171 kv.m) 6 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 150 kv.m sahədə yanmışdır. Evin 1-ci mərtəbəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.