Geri

30 iyul 2013-cü il saat 18:40-dək:

Hacıqabul rayonu, Bakı-Qazax yolunda vətəndaşa məxsus “KAMAZ” markalı yük avtomobilinin digər vətəndaşa məxsus “MERCEDES” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş vermişdir. Nəticədə minik avtomobilində şəxsiyyətləri məlum olamayan sıxılmış vəziyyətdə 1 nəfər sərnişinin cəsədi və 1 nəfər sərnişin müxtəlif bədən xəsarətləri alaraq minik avtomobilindən yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla çıxarılaraq təcili yardım xidmətinə təhvil verilmişdir. Minik avtomobilinin sürücüsü və avtomobildə şəxsiyyətləri məlum olmayan digər 2 nəfər sərnişin (1-qadın və 1 azyaşlı uşaq) yanğınsöndürən-xilasedicilər çatana kimi əhali tərəfindən Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılmışdır. Əməliyyat saat 14:35-də başa çatmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m (hər mərtəbəsi 75 kv.m) olan 2 mərtəbəli çay evinin 2-ci mərtəbəsində mətbəxin lambirdən ibarət tavanı 6 kv.m sahədə yanmışdır. Çay evinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ucar rayonu, Qazıqumlaq kəndində (rayon mərkəzindən 15 km aralı) tikintisi başa çatmamış ümumi sahəsi 650 kv.m olan 1 mərtəbəli istirahət mərkəzinin 1 otağının tavanının yanar konstruksiyaları 40 kv.m sahədə yanmışdır. İstirahət mərkəzinin qalan hissəsi yanğından  mühafizə olunmuşdur. Yanğın saat 16:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xızı rayonu, Tıxlı kəndində vətəndaşa məxsus "UAZ" markalı yük avtomobilinin salon hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 iyul 2013-cü il saat 03:00-dək:

Hacıqabul rayonu, Navahı qəsəbəsində 6 ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Aşağı Alxanlı kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

İmişli rayonu, Göbəktala kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 8 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus üçmərtəbəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 20 kv.m olan salonun içərisində 4 kv.m sahədə avadanlıqlar yanmışdır. Bina yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda onikimərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:56-da başa çatmışdır.