Geri

29 iyul 2013-cü il saat 21:15-dək:

Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində dənizdə (“Sumqayıt” sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşmişdir. Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 19:10-da başa çatmışdır.
Geri

29 iyul 2013-cü il saat 20:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər qadın köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə mənzilin pəncərəsinə qalxaraq daxil olmuşlar. Mənzilə baxış keçirilərkən otaqda huşsuz vəziyyətdə aşkarlanmış qadın hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir. İlkin tibbi müayinə zamanı vətəndaşın məişət qazından zəhərlənməsi müəyyən olunmuşdur. Əməliyyat saat 18:41-də başa çatmışdır.

Geri

29 iyul 2013-cü il saat 20:00-dək:

Biləsuvar rayonu, Günəşli kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış ümumi çəkisi 8 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev və tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

29 iyul 2013-cü il saat 17:15-dək:

Saatlı rayonu, Mərzəli kəndində (rayon mərkəzindən 18 km aralı) bələdiyəyə məxsus ərazidə 6 ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu, Ağabəyli kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış ümumi çəkisi 5,5 ton olan ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə  olunmuşdur. Yanğın saat 15:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy şəhərində ümumi sahəsi 20 kv.m olan avtomobil təmiri sexinin icərisində təmirə dayanmış vətəndaşa məxsus "NİVA" markalı  minik avtomobilinin yanar hissələri yanmışdır.  Sex yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Dünyamalılar kəndində (rayon mərkəzindən 25 km aralı) sürücü tərəfindən idarə olunan "Belarus" markalı traktorun qoşqusuna yığılmış 6 ton ot bağlaması və qoşqu yanmışdır. Traktor və digər qoşqu yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 iyul 2013-cü il saat 15:45-dək:

Biləsuvar rayonu, Səmədabad kənd bələdiyyəyə məxsus ərazidə 8 ha biçilmiş taxıl sahəsi və kol-kos yanmışdır. Yaxınlıqdakı pambıq sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 iyul 2013-cü il saat 15:15-dək:

Lənkəran rayonu, Liman şəhərində vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları və mətbəx əşyaları 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad şəhərində bələdiyəyə məxsus ərazidə 4 ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran rayonu, Dəvəçi kəndində (rayon mərkəzindən 8 km aralı) bələdiyəyə məxsus ərazidə 30 ha sahədə quru ot və kol-kos yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 iyul 2013-cü il saat 14:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə mənzilin eyvanından qalxaraq daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 14:00-da başa çatmışdır.

Geri

29 iyul 2013-cü il saat 14:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq içəri daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə yatmış vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:02-də başa çatmışdır.

Geri

29 iyul 2013-cü il saat 08:00-dək:

Ağstafa rayonu, Tatlı kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 15 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 800 kv.m olan birmərtəbəli istifadəyə yararsız, əvvəllər klub kimi istifadə olunmuş binanın yanar konstruksiyaları 200 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:08-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 2600 kv.m olan taxta sexinin içərisində 40 kv.m sahəyə yığılmış taxta materialları və dam örtüyü 3 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 iyul 2013-cü il saat 04:00-dək:

Xaçmaz rayonu, Hacılar kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 30 ton ot bağlaması və yaxınlığında yığılmış digər vətəndaşa məxsus 6 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonu, Aşağı Qarxun kəndində (rayon mərkəzindən 11 km aralı ) Kür çayının sahilində dayanan, Ağdaş rayon "PİRƏZƏ" Suvarma Sistemləri idarəsinə məxsus ümumi sahəsi 10080 kv.m olan barajının göyərtəsində talvarın yanar konstruksiyaları 30 kv.m sahədə və altında yerləşən 2 ədəd su nasosunun sarğıları yanmışdır. Gəmi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda 17 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 7 kv.m olan elektrik qovşağı otağının içərisində 24 ədəd elektrik sayğacı və kabelləri yanmışdır. Otaq yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan taxta sexinin içərisində 15 kv.m sahəyə yığılmış taxta yonqarı yanmışdır. Yaxınlıqda yığılmış 2 kub.m taxta materialları və sex yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Böyük Bəhmənli kəndində vətəndaşa məxsus torpaq sahəsində ümumi sahəsi 20 kv.m olan talvarın yanar konstruksiyaları və kənd bələdiyyəsinə məxsus ərazidə 10 ha biçilmiş taxıl sahəsi yanmışdır. Ərazidəki elektrik dirəkləri yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;