Geri

30 iyun 2013-cü il saat 16:45-dək:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda (“Nardaran 1” sularda xilasetmə məntəqəsindən, təxminən, 2,5 km məsafədə, nəzarət olunmayan ərazidə) 2 nəfər rezin döşəyin üzərində olarkən küləyin aparması səbəbindən batma təhlükəsi ilə üzləşmiş və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 15:45-də başa çatmışdır.

Geri

30 iyun 2013-cü il saat 16:20-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında 1937-ci il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən Nazim İsgəndər oğlu Bağırov hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində N. Bağırovun vəfat etdiyi müəyyən olunmuşdur. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 15:45-də başa çatmışdır.

Geri

30 iyun 2013-cü il saat 15:10-dək:

Qazax rayonu, Daş Salahlı kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ərazidə 0,2 ha sahədə biçilməmiş taxıl sahəsi və kənd bələdiyyəsinə məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Ərazidəki digər biçilməmiş taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Yenigün kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 200 kv.m olan talvarın yanar konstruksiyaları 150 kv.m sahədə və talvarın altına yığılmış 12 ton ot bağlamasının 4 tonu yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gədəbəy rayonu, Ağamalı kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus "MAZ" markalı yük avtomobilinin banına yığılmış 5 ton ot bağlamasının 0,4 tonu yanmışdı. Avtomobil və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Keyvəndi kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan 1 mərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Qəbələ rayonunda Nohur gölündə (“Qəbələ” sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər batma təhlükəsi ilə üzləşmiş və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 14:30-da başa çatmışdır.

Geri

30 may 2013-cü il saat 12:15-dək:

Xaçmaz rayonu, Nabran kəndində (“Xəzər” sularda xilasetmə məntəqəsinin ərazisində) dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 11:30-da başa çatmışdır.

Geri

30 iyun 2013-cü il saat 08:00-dək:

Ağstafa şəhərində elektrovozun daxilindən keçən elektrik naqilləri 1 p.m yanmışdır. Elektrovoz yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 iyun 2013-cü il saat 04:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 6-cı mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə endirərək qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 04:00-da başa çatmışdır.

Geri

30 iyun 2013-cü il saat 02:45-dək:

Biləsuvar rayonu, Nəsimi kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 2 tonu və digər vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan talvarın  yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Ot bağlamasının və talvarın qalan hissəsi yanğından mühafizə olunmuşdur.Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər rayonu, Seydinli kəndində vətəndaşa məxsus ümumi sahəsi 234 kv.m olan birmərtəbəli 5 otaqlı evin eyvanının lambirdən ibarət tavanı 10 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur Yanğın saat 23:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Haramı düzündə 40 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Daşkəsən şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.