Geri

30 iyun 2013-cü il saat 15:10-dək:

Qazax rayonu, Daş Salahlı kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ərazidə 0,2 ha sahədə biçilməmiş taxıl sahəsi və kənd bələdiyyəsinə məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Ərazidəki digər biçilməmiş taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Yenigün kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 200 kv.m olan talvarın yanar konstruksiyaları 150 kv.m sahədə və talvarın altına yığılmış 12 ton ot bağlamasının 4 tonu yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gədəbəy rayonu, Ağamalı kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus "MAZ" markalı yük avtomobilinin banına yığılmış 5 ton ot bağlamasının 0,4 tonu yanmışdı. Avtomobil və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Keyvəndi kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan 1 mərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Qəbələ rayonunda Nohur gölündə (“Qəbələ” sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər batma təhlükəsi ilə üzləşmiş və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 14:30-da başa çatmışdır.

Geri

30 may 2013-cü il saat 12:15-dək:

Xaçmaz rayonu, Nabran kəndində (“Xəzər” sularda xilasetmə məntəqəsinin ərazisində) dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 11:30-da başa çatmışdır.

Geri

30 iyun 2013-cü il saat 08:00-dək:

Ağstafa şəhərində elektrovozun daxilindən keçən elektrik naqilləri 1 p.m yanmışdır. Elektrovoz yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 iyun 2013-cü il saat 04:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 6-cı mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə endirərək qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 04:00-da başa çatmışdır.

Geri

30 iyun 2013-cü il saat 02:45-dək:

Biləsuvar rayonu, Nəsimi kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 2 tonu və digər vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan talvarın  yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Ot bağlamasının və talvarın qalan hissəsi yanğından mühafizə olunmuşdur.Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər rayonu, Seydinli kəndində vətəndaşa məxsus ümumi sahəsi 234 kv.m olan birmərtəbəli 5 otaqlı evin eyvanının lambirdən ibarət tavanı 10 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur Yanğın saat 23:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Haramı düzündə 40 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Daşkəsən şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.