Geri

30 iyun 2013-cü il saat 04:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 6-cı mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə endirərək qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 04:00-da başa çatmışdır.

Geri

30 iyun 2013-cü il saat 02:45-dək:

Biləsuvar rayonu, Nəsimi kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 2 tonu və digər vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan talvarın  yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Ot bağlamasının və talvarın qalan hissəsi yanğından mühafizə olunmuşdur.Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər rayonu, Seydinli kəndində vətəndaşa məxsus ümumi sahəsi 234 kv.m olan birmərtəbəli 5 otaqlı evin eyvanının lambirdən ibarət tavanı 10 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur Yanğın saat 23:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Haramı düzündə 40 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Daşkəsən şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.