Geri

31 may 2013-cü il saat 22:50-dək:

Cəlilabad şəhərində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin mühərrikinin yanar hissələri yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin oturacaqları və salon hissəsi qismən yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan üçotaqlı mənzilin mətbəxində "Iceberg" soyuducu və 1,5 kv.m sahədə ev əşyaları yanmışdır. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 may 2013-cü il saat 17:50-dək:

Hacıqabul rayonu, Navahi qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan 3 otaqlı mənzilin 1 otağında 2 kv.m sahədə divar kağızı və pərdə yanmışdır. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 may 2013-cü il saat 10:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda “Shacman” markalı 2 yük avtomobili toqquşmuşdur. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunmuşdur ki, 1 nəfər qəzada xəsarət almış və deformasiyaya uğramış yük avtomobilində sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil vermişlər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 09:19-da başa çatmışdır.

Geri

31 may 2013-cü il saat 09:30-dək:

Qobustan rayonu, Nabır kəndində (rayon mərkəzindən 15 km. aralı) vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan  birmərtəbəli 3 otaqlı evin 1 otağının döşəməsi 4 kv.m sahədə və otağa yığılmış 4 kub taxta materiallar 1 kub metr yanmış, yüksək temperaturdan 2 ədəd plastik pəncərə deformasiyaya uğramışdır. Yanğından evin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 07:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 may 2013-cü il saat 07:10-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Dənizkənarı Milli Parkda, nəzarətsiz ərazidə bir nəfər intihar məqsədilə özünü dənizə atmışdır. Dərhal “Bakı mərkəz” sularda xilasetmə məntəqəsinin 3 nəfər xilasedicisi “Dalğa” kateri və xüsusi avadanlıqlarla hadisə yerinə çıxmış, vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil vermişdir. Əməliyyat saat 06:05-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daxili İşlər Nazirliyindən daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov, Nizami və Xətai rayonundakı 3 körpüyə partlayıcı qurğu qoyulmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmişdir. Nazirliyin mütəxəssisləri hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görmüş və əraziyə baxış keçirmişlər. Nəticədə, qeyd olunan ərazidə şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 06:52-də başa çatmışdır.