Geri

31 may 2013-cü il saat 09:30-dək:

Qobustan rayonu, Nabır kəndində (rayon mərkəzindən 15 km. aralı) vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan  birmərtəbəli 3 otaqlı evin 1 otağının döşəməsi 4 kv.m sahədə və otağa yığılmış 4 kub taxta materiallar 1 kub metr yanmış, yüksək temperaturdan 2 ədəd plastik pəncərə deformasiyaya uğramışdır. Yanğından evin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 07:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 may 2013-cü il saat 07:10-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Dənizkənarı Milli Parkda, nəzarətsiz ərazidə bir nəfər intihar məqsədilə özünü dənizə atmışdır. Dərhal “Bakı mərkəz” sularda xilasetmə məntəqəsinin 3 nəfər xilasedicisi “Dalğa” kateri və xüsusi avadanlıqlarla hadisə yerinə çıxmış, vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil vermişdir. Əməliyyat saat 06:05-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daxili İşlər Nazirliyindən daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov, Nizami və Xətai rayonundakı 3 körpüyə partlayıcı qurğu qoyulmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmişdir. Nazirliyin mütəxəssisləri hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görmüş və əraziyə baxış keçirmişlər. Nəticədə, qeyd olunan ərazidə şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 06:52-də başa çatmışdır.