Geri

30 may 2013-cü il saat 20:00-dək:

Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 20 kv.m olan tikilinin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Tikilinin qalan hissəsi və yaxınlıqdakı obyektlər  yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 may 2013-cü il saat 18:00-dək:

Neftçala rayonu, Qədimkənd kəndində (rayon mərkəzindən 26 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlamasının 1.5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 may 2013-cü il saat 15:30-dək:

Siyəzən rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan avtomobil təmiri sexinin lambirdən ibarət olan tavanının yanar konstruksiyaları 10 km.kv m sahədə və içərisində təmirə dayanmış "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Nizami rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 14:30-da başa çatmışdır.
Geri

30 may 2013-cü il saat 14:30-dək:

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 600 kv.m olan restoranda 1 otağın yanar konstruksiyaları və içərisində olan əşyalar 15 kv.m sahədə yanmışdır. Restoranın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

30 may 2013-cü il saat 12:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1978-ci il təvəllüdlü iki nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxslər giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermirlər. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən hər iki şəxs yatmış vəziyyətdə aşkarlanmışdır. Əməliyyat saat 11:24-də başa çatmışdır.
Geri

30 may 2013-cü il saat 10:45-dək:

Respublikanın bəzi şəhər və rayonlarında, o cümlədən, İsmayıllı, Ağsu və Göyçayda yağış yağmışdır. Yağıntılar nəticəsində İsmayıllı rayonunun mərkəzində bəzi ərazilər yağış suları ilə dolmuşdur. Həmin ərazilərin yağış sularından təmizlənməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edilmişdir. Hazırda Dövlət Yanğından Mühafizə Xidməti və Şimal-qərb Regional Mərkəzi tərəfindən suçəkmə işləri aparılır.
Geri

30 may 2013-cü il saat 08:00-dək:

Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 47 kv.m olan uçotaqlı mənzilin 1 otağında ev əşyaları 12 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Hacıqabul rayonu, Padar kəndində (rayon mərkəzindən 44 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 7 ha sahədə otlaq sahə yanmışdır. Ərazidəki ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.