Geri

30 may 2013-cü il saat 12:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1978-ci il təvəllüdlü iki nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxslər giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermirlər. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən hər iki şəxs yatmış vəziyyətdə aşkarlanmışdır. Əməliyyat saat 11:24-də başa çatmışdır.
Geri

30 may 2013-cü il saat 10:45-dək:

Respublikanın bəzi şəhər və rayonlarında, o cümlədən, İsmayıllı, Ağsu və Göyçayda yağış yağmışdır. Yağıntılar nəticəsində İsmayıllı rayonunun mərkəzində bəzi ərazilər yağış suları ilə dolmuşdur. Həmin ərazilərin yağış sularından təmizlənməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edilmişdir. Hazırda Dövlət Yanğından Mühafizə Xidməti və Şimal-qərb Regional Mərkəzi tərəfindən suçəkmə işləri aparılır.
Geri

30 may 2013-cü il saat 08:00-dək:

Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 47 kv.m olan uçotaqlı mənzilin 1 otağında ev əşyaları 12 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Hacıqabul rayonu, Padar kəndində (rayon mərkəzindən 44 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 7 ha sahədə otlaq sahə yanmışdır. Ərazidəki ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.