Geri

30 aprel 2013-cü il saat 15:15-dək:

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 30 aprel 2013-cü il tarixində saat 14:29-da Qəbələ rayonundan 19 km şərqdə zəlzələ qeydə alınmışdır. Episentrdə zəlzələ 4,0 bal olmuşdur. Zəlzələ Qəbələ rayonunda 3,0 bal, İsmayıllı və Qusar rayonlarında və digər yaşayış məntəqələrində 3,0-2,0 bal gücündə hiss olunmuşdur. İnsan tələfatı və dağıntı barədə məlumat daxil olmamışdır.
Geri

30 aprel 2013-cü il saat 13:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 28 aprel 2013-cü il tarixində itkin düşmüş 1968-ci il təvəllüdlü İbrahim Şirəli oğlu Məmmədovun Şirvan kanalının Ağdaş rayonunun Ərəb kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunur. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə rayonuna cəlb olunmuşdur. Hazırda Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri İ.Məmmədovun tapılması istiqamətində axtarış tədbirləri həyata keçirirlər.
Geri

30 aprel 2013-cü il saat 10:00-dək:

Abşeron rayonu, Xırdalan şəhərində “MAN” markalı sərnişin avtobusunun arxa təkərləri və salonu qismən yanmışdır. Avtobusun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

Geri

30 aprel 2013-cü il saat 02:00-dək.

Tovuz rayonu, Bozalqanlı kəndində (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan dəmir konstruksiyalardan ibarət köşkün üzlüyü və içərisinə yığılmış əşyalar yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.