Geri

29 aprel 2013-cü il saat 13:45-dək.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilin pəncərəsindəki dəmir barmaqlıqları müvafiq qaydada kəsərək içəri daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:25-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 2007-ci il təvəllüdlü 1 nəfər giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilin qapısını müvafiq qaydada bayır tərəfdən açaraq içəri daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 13:11-də başa çatmışdır.

Geri

29 aprel 2013-cü il saat 02:00-dək:

Tərtər rayonu, Cəmilli kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4,5 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 20:28-də  başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus hər mərtəbəsi 120 kv.m olan üçmərtəbəli 9 otaqlı evin 1-ci mərtəbəsinin mətbəxində 3 kv.m sahədə mətbəx mebeli yanmışdır. Ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax şəhərində vətəndaşa məxsus hər mərtəbəsi 206 kv.m olan ikimərtəbəli 9 otaqlı evin 2-ci mərtəbəsində 1 otaq və mətbəxin tavanı 40 kv.m sahədə və ev əşyaları qismən yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda “VAZ” və “RENO” markalı 2 minik avtomobili toqquşmuşdur. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunmuşdur ki, 3 nəfər qəzada ölmüş və “RENO” markalı minik avtomobilində olan 2 nəfərin cəsədi xilasedicilər çatana kimi vətəndaşlar tərəfindən çıxarılmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış ”VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Tərəfimizdən ərazidə müvafiq təhlükəsizlik tədbirləri də görülmüşdür. Əməliyyat saat 00:05-də başa çatmışdır.