Geri

28 aprel 2013-cü il saat 07:00-dək:

Neftçala şəhərində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 8 kv.m olan hamamın yanar konstruksiyaları yanmışdır. Bitişik tikili yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonu, Parça Xələc kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin taxta konstruksiyaları və ev əşyaları yanmışdır. Evə bitişik olan köməkçi tikili yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Muxax kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 44 kv.m olan birmərtəbəli 2 oatqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililələr yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 aprel 2013-cü il saat 02:30-dək:

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 18 kv.m sahədə yanmışdır. Yanğın zamanı yuxarı mərtəbələrdən 25 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunmuşdur.  Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 4 kv.m olan mağaza kimi istifadə olunan dəmir köşkün taxtadan ibarət üzlüyü içərisində olan geyim paltarları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.