Geri

28 aprel 2013-cü il saat 02:30-dək:

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 18 kv.m sahədə yanmışdır. Yanğın zamanı yuxarı mərtəbələrdən 25 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunmuşdur.  Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 4 kv.m olan mağaza kimi istifadə olunan dəmir köşkün taxtadan ibarət üzlüyü içərisində olan geyim paltarları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.