Geri

31 mart 2013-cü il saat 21:20-dək:

Şirvan şəhərində ümumi sahəsi 625 kv.m  ikimərtəbəli inzibati binanın  1-ci mərtəbəsində 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur.  Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 mart 2013-cü il saat 19:15-dək:

Kürdəmir rayonu, Şilyan kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan kürsülü birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin  aynabəndinin tavanı 24 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 mart 2013-cü il saat 13:00-dək:

Abşeron rayonu,  Bakı–Sumqayıt yolunun 13–cü kilometrliyində ümumi sahəsi 4000 kv.m olan qənd sexinin taxta konstruksiyalardan ibarət dam örtüyü 300 kv. m  sahədə və sexin ərazisinə yığılmış  taxta tullantılar 150 kv.m  sahədə yanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 7 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonu ərazisində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 400 metr məsafədə dənizdə nəzarət olunmayan ərazidə) 2 nəfər rezin qayıq deşilərək dənizdə köməksiz vəziyyətdə qalmışdır. Xidmətin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunmuşdur. Hər iki şəxs görülmüş tədbirlər nəticəsində xilas edilmişdir. Əməliyyat saat 10:50-də başa çatmışdır;