Geri

30 mart 2013-cü il saat 13:05-dək:

30 mart 2013-cü il tarixində, saat 10:42-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Dənizkənarı Milli Parkda, nəzarətsiz ərazidə (ən yaxın xilasetmə məntəqəsindən 3.5 km aralıda) bir nəfər intihar məqsədilə özünü dənizə atmışdır. Dərhal “Bakı mərkəz” sularda xilasetmə məntəqəsinin xilasediciləri xüsusi avadanlıqlarla hadisə yerinə çıxmış və vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil vermişdir. Əməliyyat saat 10:40-da başa çatmışdır.

 

Geri

30 mart 2013-cü il saat 10:00-dək:

Bakı şəhəri, Nəsimi rayonunda “AMİN” MTK tərəfindən tikintisi davam etdirilən çoxmərtəbəli yaşayış  binasının 6-cı mərtəbəsində taxta qəliblər 2000 kv.m sahədə, yaxınlıqda olan üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 150 kv.m olan altıotaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları, 2-ci mərtəbəsində ümumi sahəsi 150 kv.m olan beşotaqlı mənzilin mətbəxinin tavanı 12 kv.m sahədə, habelə vətəndaşa məxsus “Ford” markalı yük avtomobilinin qabaq və salon hissələri, digər vətəndaşa məxsus “Skoda”  markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Üçmərtəbəli yaşayış binasının qalan hissəsi, bitişik yaşayış evləri və yaxınlıqda olan bazar yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri də cəlb olunmuşdur. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüş, yanğının söndürülməsinə kömək etmişlər;

Bərdə rayonu, Qaradəmirçi kəndində (rayon mərkəzində 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan üçotaqlı evin mətbəxinin dam örtüyü və tavanı 16 kv.m sahədə və 1 ədəd söyuducu yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Baş Göynük kəndində (rayon mərkəzindən 35 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.