Geri

29 mart 2013-cü il saat 21:00-dək:

Bakı şəhəri, Nəsimi rayonunda tikilməkdə olan binanın 6-cı mərtəbəsində taxta qəliblərdə yanğın baş vermişdir. Hal-hazırda Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları yanğının söndürülməsi istiqamətində işlər aparır. Əlavə məlumat veriləcək.  

Geri

29 mart 2013-cü il saat 18:30-dək:

Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mağazaların ümumi reklam lövhəsi 30 kv. m sahədə yanmışdır. Mağazalar yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:44-də yanğısöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Axısxa kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan çayxananın qamışdan ibarət tavanı 30 kv.m sahədə yanmışdır. Çayxananın qalan hissəsi yanğından mühafizə  olunmuşdur. Yanğın saat 15:25-də yanğısöndürənlər tərəfindən söndürülmüşdür;

Zərdab rayonu, Dəli Quşçu kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan  birmərtəbəli 4 otaqlı kürsülü evin 1 otağının tavanı 25 kv.m sahədə və ev əşyaları qismən yanmışdır. Evin qalan hissəsi  yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:22-də yanğısöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 mart 2013-cü il saat 17:20-dək:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonu ərazisində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 3 km məsafədə, nəzarət olunmayan ərazidə) 2 nəfər balıq tutarkən batma təhlükəsi ilə üzləşmişdir. Xidmətin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunmuşdur. Hər iki şəxs görülmüş tədbirlər nəticəsində xilas edilmişdir. Əməliyyat saat 16:00-da başa çatmışdır. 

Geri

29 mart 2013-cü il saat 13:25-dək:

Gəncə  şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 225 kv.m olan dördotaqlı evin 1 otağının tavanı 30 kv.m sahədə və ev əşyaları qismən yanmışdır. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda “United Credit Bank”a məxsus hər mərtəbəsi 500 kv.m olan üçmərtəbəli avtosalonun avtoservis kimi fəaliyyət göstərən yarımzirzəmisinin lambirdən ibarət tavanı 20 kv.m sahədə yanmışdır. Avtosalon və yarımzirzəmidə olan 3 ədəd müxtəlif markalı avtomobil yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 mart 2013-cü il saat 08:30-dək:

Samux rayonu, Poylu kəndində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstryksiyaları 48 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.