Geri

29 mart 2013-cü il saat 17:20-dək:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonu ərazisində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 3 km məsafədə, nəzarət olunmayan ərazidə) 2 nəfər balıq tutarkən batma təhlükəsi ilə üzləşmişdir. Xidmətin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunmuşdur. Hər iki şəxs görülmüş tədbirlər nəticəsində xilas edilmişdir. Əməliyyat saat 16:00-da başa çatmışdır. 

Geri

29 mart 2013-cü il saat 13:25-dək:

Gəncə  şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 225 kv.m olan dördotaqlı evin 1 otağının tavanı 30 kv.m sahədə və ev əşyaları qismən yanmışdır. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda “United Credit Bank”a məxsus hər mərtəbəsi 500 kv.m olan üçmərtəbəli avtosalonun avtoservis kimi fəaliyyət göstərən yarımzirzəmisinin lambirdən ibarət tavanı 20 kv.m sahədə yanmışdır. Avtosalon və yarımzirzəmidə olan 3 ədəd müxtəlif markalı avtomobil yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 mart 2013-cü il saat 08:30-dək:

Samux rayonu, Poylu kəndində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstryksiyaları 48 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.