Geri

28 fevral 2013-cü il saat 14:00-dək:

Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan ikimərtəbəli evdə mətbəxin yanar konstruksiyaları 12 kv.m sahədə və dam ortüyünün yanar konstruksiyaları 25 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda istismara verilməmiş çoxmərtəbəli yaşayış binasının zirzəmisindən 18-ci mərtəbəyə kimi şaxtadan keçən elektrik kabelləri 150 p.m yanmışdır. Şaxtadan keçən digər kommunikasiya xətləri yanğından mühafizə olunmuşdur. Yanğına səbəb, vətəndaşın qanunsuz olaraq qaynaq işləri aparması nəticəsində elektrik naqillərinin artıq yüklənməsi olub. Yanğın saat 12:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:44-də başa çatmışdır.

 

Geri

28 fevral 2013-cü il saat 11:00-dək:

Saatlı rayonu, Əlisoltanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 41 kv.m olan toyuq hininin dam örtüyünün yanar konstruksiyaları 35 kv.m sahədə yanmış və içərisində olan cücələr tələf olmuşdur. Hinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 fevral 2013-cü il saat 00:30-dək:

Sumqayıt şəhərində"Azərenerji" ASC-yə məxsus transformatorun çıxış kabeli 10 p.m yanmışdır. Transformator yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.