Geri

27 fevral 2013-cü il saat 15:00-dək:

Xaçmaz rayonu, Nərəcan kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus hər mərtəbəsi 130  kv.m olan  ikimərtəbəli 6 otaq və aynabənddən ibarət  evin birinci mərtəbəsində yerləşən qarajın lambirdən ibarət tavanı 34 kv.m sahədə və qarajda olan "UAZ" markalı yük avtomobilinin salonu, arxa oturacaqları yanmışdır. Evin və avtomobilin qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Xırdapay kəndində (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin  1 otağının yanar konstruksiyaları və ev əşyaları  24 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 fevral 2013-cü il saat 06:30-dək:

Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin aynabəndinin qamışdan ibarət tavanı 32 kvşm sahədə və evin çardağının yanar konstruksiyaları 50 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

27 fevral 2013-cü il saat 04:15-dək:

Xaçmaz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 4 otaq və 1 qarajdan ibarət evin 2 otağının və qarajın yanar konstruksiyaları 148 kv.m sahədə yanmışdır. Yanğın zamanı qarajda olan "VAZ" markalı minik avtomobili və "Dnepr" markalı motosikletin yanar hissələri yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

27 fevral 2013-cü il saat 01:15-dək:

Şəmkir rayonunda vətəndaşa məxsus ümumi sahəsi 208 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının tavanı 6 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

Geri

27 fevral 2013-cü il saat 00:15-dək:

Xəzər rayonunda ümumi sahəsi 220 kv.m olan tövlənin dam örtüyü 150 kv.m sahədə yanmışdır. Tövlənin qalan hissəsi və yaxınlıqdakı digər tövlələr yanğından mühafizə olunmuşdur. Yangın zamanı tövlənin içərisində olan ev quşları tələf olmuşdur. Yanğın saat 21:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.