Geri

31 dekabr 2013-cü il saat 20:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində qapı bağlanmışdır. Yanğınsöndürənlər-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısını bayır tərəfdən açaraq içəri daxil olmuş və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 16:04-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda vanna otağının qapısının təsadüfən kilidlənməsi nəticəsində 1926-cı il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər fərdi yaşayış evinin vanna otağının qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə açmışlar. Vanna otağına baxış keçirilərkən Samir Abdulla oğlu İbrahimov hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində S.İbrahimovun vəfat etdiyi müəyyən olunmuşdur. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:12-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 26 kv.m olan birotaqlı evdə otağın tavanı 20 kv.m sahədə və ev əşyaları 4 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 dekabr 2013-cü il saat 18:15-dək:

Yevlax rayonu, Xanabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan kürsülü birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı 18 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Gülməmmədli kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə və tövlənin yaxınlığına yığılmış 4 ton ot bağlamasının 1.5 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda döyüş sursatı aşkarlanmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirmişlər. Müəyyən olunmuşdur ki, bu istifadəyə yararsız olan iriçaplı atıcı  silaha  məxsus 1 ədəd 30 millimetrlik patrondur. Sursat aidiyyəti üzrə təhvil verilmişdir. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və şübhəli əşya aşkar etməmişlər. Əməliyyat saat 16:50-də başa çatmışdır.

Geri

31 dekabr 2013-cü il saat 15:15-dək:

Saatlı rayonu, Dəlilər kəndində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 4 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 dekabr 2013-cü il saat 10:15-dək:

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərbəli üçotaqlı evin 1 otağının tavanı və ev əşyaları 30 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

31 dekabr 2013-cü il saat 08:45-dək:

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 136 kv.m olan dülgər sexinin ərazisində 6 kv.m sahədə taxta yonqarı yanmışdır. Sex yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 dekabr 2013-cü il saat 08:00-dək:

Xaçmaz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 28 kv.m olan ət mağazasının dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə və mağazada olan 3 ədəd soyuducu yanmışdır. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 15 kv.m , 2 otağın taxta konstruksiyadan ibarət tavanı 48 kv.m sahədə və ev əşyaları qismən yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 6 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 6-cı mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış, vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 07:28-də başa çatmışdır.

Geri

30 dekabr 2013-cü il saat 04:00-dək:

Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 175 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyalaı 45 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı 1 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Xırdapay kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 4 otaqlı evin bir otağında tüstü baçasının ətrafı 0,5 kv.m sahədə yanmışdır. Ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 dekabr 2013-cü il saat 01:50-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından keçərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən yatmış vəziyyətdə aşkarlanmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 00:35-də başa çatmışdır.