Geri

30 noyabr 2013-cü il saat 17:50-dək:

Tərtər rayonu, Seydimli kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 66 kv.m olan 1 mərtəbəli 1 otaqlı kürsülü evin dam örtüyü yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 31 kv.m olan 2 otaqlı mənzilin hamam otağında lambirdən ibarət tavanı 1 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Şiştəpə kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan talvarın yanar konstruksiyaları 30 kv.m sahədə və talvarın altına yığılmış 8 ton ot bağlamasının 4 tonu yanmışdır. Talvarın və ot  bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 noyabr 2013-cü il saat 14:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Lənkəran şəhərində, Səhiyyə Nazirliyinə məxsus Lənkəran Mərkəzi Rayon Xəstaxanasının otaqlarından birinin giriş qapısının kilidində yaranmış nasazlıq səbəbindən müalicə alan vətəndaşlar otaqda köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Cənub Regional Mərkəzin xilasediciləri ikimərtəbəli xəstəxana binasının 2-ci mərtəbəsində təqribən, 20 nəfər vətəndaşın olduğu otağın qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Əməliyyat saat 11:40-da başa çatmışdır.

Geri

30 noyabr 2013-cü il saat 12:35-dək:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan avtomobil təmir sexinin dam örtüyü 10 kv.m sahədə yanmışdır. Təmir sexinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 noyabr 2013-cü il saat 08:30-dək:

Yardımlı rayonu, Şiləvəngə kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus, ümumi sahəsi 126 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 80 kv.m sahədə və çardağına yığılmış 6 ton ot bağlamasının 2 tonu yanmışdır. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 14 baş iribuynuzlu heyvan xilas olunmuşdur. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

Geri

30 noyabr 2013-cü il saat 02:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisinin kəsilməsi səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:45-də başa çatmışdır.