Geri

30 noyabr 2013-cü il saat 12:35-dək:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan avtomobil təmir sexinin dam örtüyü 10 kv.m sahədə yanmışdır. Təmir sexinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 noyabr 2013-cü il saat 08:30-dək:

Yardımlı rayonu, Şiləvəngə kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus, ümumi sahəsi 126 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 80 kv.m sahədə və çardağına yığılmış 6 ton ot bağlamasının 2 tonu yanmışdır. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 14 baş iribuynuzlu heyvan xilas olunmuşdur. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

Geri

30 noyabr 2013-cü il saat 02:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisinin kəsilməsi səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:45-də başa çatmışdır.