Geri

29 noyabr 2013-cü il saat 17:45-dək:

Bakı şəhəri, Binəqədi rayonunda 25 kv.m sahədə məişət tullantıları və doqquzmərtəbəli inzibati binanın alkopan üzlüyü 30 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 noyabr 2013-cü il saat 16:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə binanın damından  enərək eyvanına daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 15:43-də başa çatmışdır.
Geri

29 noyabr 2013-cü il saat 10:45-dək:

Bakı şəhəri, Yasamal rayonunda transformatorun daxilində olan yağ və 100 p.m cıxış kabeli yanmışdır. Transformatorun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 noyabr 2013-cü il saat 10:30-dək:

Saatlı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan kürsülü birmərtəbəli 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları 90 kv.m sahədə yanmışdır. Yanğın zamanı 1 nəfər xəsarət almışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 noyabr 2013-cü il saat 08:15-dək:

Yevlax rayonu, Xaldan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan 4 otaqdan ibarət yeməkxananın tavanı və dam örtüyünün yanar konstruksiyaları 55 kv.m sahədə yanmışdır. Yeməkxananın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 noyabr 2013-cü il saat 05:30-dək:

Goranboy rayonu, Qarqucaq kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 noyabr 2013-cü il saat 02:00-dək:

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 105 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 30 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Aşağı Mülkülü kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 15 ton ot bağlamasının 8 tonu yanmışdır. Ot bağlamsının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.