Geri

31 yanvar 2013-cü il saat 14:00-dək:

Bakı şəhəri, Suraxanı rayonunda “AzVirt” MMC-yə məxsus “MAN” markalı yük avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus “SHACHMAN” markalı sərnişin avtobusunun mühərrik hissəsi yanmışdır. Avtobusun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli üçotaqlı evdə 1 otağın yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə, dəhlizin tavanı 10 kv.m sahədə yanmış və mətbəxin lambirdən ibarət tavanı 16 kv.m sahədə yüksək temperaturdan ərimişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

Geri

31 yanvar 2013-cü il saat 11:15-dək:

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki mallar yanmışdır. Bitişik mağazalar yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

Geri

31 yanvar 2013-cü il saat 09:00-dək:

Mingəçevir şəhərində ümumi sahəsi 1575 kv.m olan ikimərtəbəli inzibati binanın 1-ci mərtəbəsində giriş qapısının üzərində quraşdırılmış elektrik sayğacı və qapı 1 kv.m sahədə yanmışdır. Yanğın saat 04:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan şəhərində ümumi sahəsi 360 kv.m olan ikimərtəbəli, 7 otaqlı inzibati binanın 1-ci mərtəbəsinin 1 otağında 1 kv.m sahədə yataq dəsti yanmışdır. Bina yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 26 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 yanvar 2013-cü il saat 08:30-dək:

Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində inşaat işləri aparılan ərazidə fəhlə yataqxanası kimi istifadə olunan 4 ədəd konteynerin və sonradan konteynerlərə bitişik tikilmiş tikililərin yanar konstruksiyaları 300 kv.m sahədə yanmışdır. Yanğın nəticəsində 2 nəfər ölmüş, 3 nəfər müxtəlif yanıq xəsarətləri almışdır. Yanğın saat 03:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri

31 yanvar 2013-cü il saat 06:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 7-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 04:42-də başa çatmışdır.