Geri

31 yanvar 2013-cü il saat 08:30-dək:

Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində inşaat işləri aparılan ərazidə fəhlə yataqxanası kimi istifadə olunan 4 ədəd konteynerin və sonradan konteynerlərə bitişik tikilmiş tikililərin yanar konstruksiyaları 300 kv.m sahədə yanmışdır. Yanğın nəticəsində 2 nəfər ölmüş, 3 nəfər müxtəlif yanıq xəsarətləri almışdır. Yanğın saat 03:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri

31 yanvar 2013-cü il saat 06:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 7-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 04:42-də başa çatmışdır.