Geri

30 yanvar 2013-cü il saat 23:00-dək:

Yardımlı rayonu, Əsədabad kəndində (rayon mərkəzindən 2 km aralı) vətəndaşa məxsus “UAZ” markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 yanvar 2013-cü il saat 21:30-dək:

Göygöl şəhərində ümumi sahəsi 16 kv.m olan dəmir konstruksiyalardan ibarət köşkün içərisinə yığılmış 5 kub.m taxta məmulatının 1 kub.m yanmışdır. Taxtanın qalan hissəsi və köməkçi tikili yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Muxtariyyat kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan, 2 otaq və aynabənddən ibarət birmərtəbəli evin 1 otağının tavanı 15 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 yanvar 2013-cü il saat 18:30-dək:

Şəmkir şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 12 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Yataqoba kəndində (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 yanvar 2013-cü il saat 17:30-dək:

Astara rayonu, Artupa kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan ikimərtəbəli, 8 otaqlı evin 2-ci mərtəbəsinin 1 otağında 3 kv.m sahədə ev əşyaları yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 yanvar 2013-cü il saat 15:30-dək:

Bakı şəhəri, Xətai rayonunda transformatorun yağı və sarğıları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

30 yanvar 2013-cü il saat 14:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1923-cü il təvəllüdlü Şeyda Əli qızı Əliyeva mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur.  Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən Ş.Əliyeva hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində qadının öldüyü müəyyən olunmuşdur. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 13:30-da başa çatmışdır.

Geri

30 yanvar 2013-cü il saat 10:30-dək:

Tovuz şəhərində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı avtomobil yanğından mühafizə olnmuşdur. Yanğın saat 04:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Şəfibəyli kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 yanvar 2013-cü il saat 08:30-dək:

Qusar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 7 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus tikintisi başa çatmamış ikimərtəbəli evin həyətyanı sahəsində ümumi sahəsi 20 kv.m olan fəhlələrin soyunub-geyinmə otağında bir ədəd yataq dəsti yanmışdır. Otağın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 yanvar 2013-cü il saat 03:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq aşmışdır. Nəticədə, bir nəfər sərnişin deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış şəxsiyyəti naməlum olan sərnişini çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil vermişlər. Əməliyyat saat 02:15-də başa çatmışdır.