Geri

28 sentyabr 2012-ci il,saat 20:00-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 18:28-də  başa çatmışdır.
Geri

28 sentyabr 2012-ci il, saat 09:00-dək

Goranboy rayonu, Borsunlu kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 30 ton ot bağlamasının 15 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonu, Nabur kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan talvarın yanar konstruksiyaları 25 kv.m sahədə və talvarın altına yığılmış 6 ton ot bağlamasının 2 tonu yanmışdır. Talvarın və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 12 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə (“Zağulba-3” sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər batmaq təhlükəsi ilə üzləşmişdir. Həmin şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 17:55-də başa çatmışdır;

Oğuz rayonu, Zərrab kəndində vətəndaşa məxsus ümumi sahəsi 175 kv.m olan tövlənin yanar konstruksiyaları 56 kv.m sahədə və içərisinə yığılmış 12 ton ot bağlamasının 1,8 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Yolpaq kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bir nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olmuşdur. Mənzilə baxış keçirilərkən həmin şəxs yatmış vəziyyətdə aşkarlanmışdır. Əməliyyat saat 01:58-də başa çatmışdır;

Quba rayonu, Pirvahid kəndində vətəndaşa məxsus tikintisi başa çatmamış ümumi sahəsi 135 kv.m olan ikimərtəbəli altıotaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 kv.m  sahədə və 1-ci mərtəbəyə yığılmış 3 ton ot bağlamasının 1 tonu yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Zəyəm qəsəbəsində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan taxta konstruksiyalardan ibarət köməkçi tikili 16 kv.m sahədə yanmışdır. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 6-cı mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə endirmiş və qapılarını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 08:12-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 4-cü mərtəbəyə qaldırmış və qapılarını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 09:02-də başa çatmışdır.