Geri

27 sentyabr 2012-ci il saat 09:00-dək

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli ofisin 1-ci mərtəbəsinin tavanı 20 kv.m sahədə yanmışdır. Ofisin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu,  Minəxür kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 2 ton ot tayası və qonşuya məxsus həyətyanı sahədə 1 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Amsar kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 4 otaq və 2 aynabənddən ibarət fərdi evin 1 otağının və aynabəndin yanar konstruksiyaları 58 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Xırmandalı kəndində (rayon mərkəzindən 3 km aralı) "Mitsubishi" markalı sərnişin avtobusu ilə "Oka" markalı minik avtomobili toqquşmuşdur. Avtobusda olan 28 nəfərdən xəsarət alan 6 nəfər təcili yardım tərəfindən, 1 nəfəri isə yanğınsöndürən-xilasedicilər tərəfindən Biləsuvar mərkəzi rayon xəstəxanasına aparılmışdır. Hadisə ilə əlaqədar olaraq müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əməliyyat saat 17:15-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanına təhlükəsizlik qaydalaraına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qalxaraq içəri daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:38-də başa çatmışdır;

Göygöl rayonunda "Mercedes" markalı qoşqulu yük avtomobilinin qoşqusunun arxa və orta təkərləri yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:30-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.