Geri

31 iyul 2012-ci il, saat 18:00-dək ilkin məlumata əsasən:

Daxil olmuş məlumata əsasən, Qax rayonu, İlisu kəndi yaxınlığında 1962-ci il təvəllüdlü Şahin Mollaməhəmməd oğlu Mirzəyev səhhətinin kəskin pisləşməsi səbəbindən ölmüş, hadisə yeri çətin keçilən dağlıq ərazidə olduğundan Ş.Mirzəyevin cəsədini götürmək mümkün olmamışdır. Müraciət daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, o cümlədən Aviasiya dəstəsinin 1 ədəd helikopteri hadisə rayonuna cəlb olunmuşdur. Xilasedicilər mürəkkəb dağlıq ərazidə olan Ş.Mirzəyevin cəsədini müvafiq qaydada götürmüş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 14:00-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yuxarı Şirvan kanalının Ağdaş rayonu, Şəkili kəndi ərazisindən keçən hissəsində (nəzarət olunmayan ərazidə) 1 nəfər batmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlamışlar.

Geri

31 iyul 2012-ci il, saat 11:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 09:46-da başa çatmışdır;

Gəncə şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində dənizdə (“Sumqayıt” sularda xilasetmə məntəqəsindən, təxminən, 1,3 km məsafədə, nəzarət olunmayan ərazidə) və Mingəçevir şəhərində su anbarında (“Mingəçevir” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Hər iki halda əməliyyat saat 12:30-da başa çatmışdır;

Salyan rayonu, Kürsəngi kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 32 kv.m sahədə və damına yığılmış 200 kq ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər rayonu, Azad Qaraqoyunlu kəndində (rayon mərkəzindən 15 km aralı) həyətyanı sahəyə yığılmış 8 ton ot bağlamasının 6 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran rayonu, Mollakamallı kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 36 kv.m olan talvarın altına yığılmış 6 ton ot bağlaması yanmışdır. Talvar yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda “Mitsubishi” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Cavad kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli onaltıotaqlı evin 2-ci mərtəbəsindəki 2 otaqda tavan 32 kv.m sahədə və evə bitişik yığılmış 3 ton ot bağlaması yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli altıotaqlı evin andulindən ibarət dam örtüyü yanmışdır. Otaqlar yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Dağ Kəsəmən kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 350 kv.m olan birmərtəbəli 14 otaq və aynabənddən ibarət evin 1 otağının və aynabəndinin yanar konstruksiyaları 70 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Baş Zəyzid kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və damına yığımış 0,5 ton ot bağlaması yanmışdır. Köməkçi tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Hacıqabul şəhərində Bakı-Qazax yolunun 124-cü kilometrliyində “QAZ” markalı xüsusi təyinatlı yük avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus hər mərtəbəsi 180 kv.m olan üçmərtəbəli evin 1-ci mərtəbəsində fəaliyyət göstərən şirniyyat sexində 20 kv.m sahədə karton qutular yanmışdır. Ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Sahil-1” sularda xilasetmə məntəqəsindən, təxminən, 6 km məsafədə, nəzarət olunmayan ərazidə) batmış 1968-ci il təvəllüdlü İnqilab Oktay oğlu Nağıyevin axtarışları başa çatmışdır. İ.Nağıyevin cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 10:22-də başa çatmışdır.