Geri

29 iyul 2012-ci il saat 20:30-dək, ilkin məlumata əsasən:

Abşeron rayonunda dənizdə (“Fatmayı” sularda xilasetmə məntəqəsi ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 15:35-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda giriş qapısının kilidində yaranmış nasazlıq üzündən 1951-ci il təvəllüdlü qadın mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə damdan enərək eyvandan daxil olmuşlar. Zərərçəkmişin tibbi yardıma ehtiyacı olmamışdır. Əməliyyat saat 16:23-də başa çatmışdır;

Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsi ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 16:20-də başa çatmışdır;

Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsi ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 16:30-da başa çatmışdır;

Xəzər rayonunda dənizdə (“Buzovna” sularda xilasetmə məntəqəsi ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 17:25-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda dənizdə (“Novxanı” sularda xilasetmə məntəqəsindən 2 km solda nəzarətsiz ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 17:30-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda yaşadığı mənzildə xəstə vəziyyətdə olan 1945-ci il təvəllüdlü qadının köməyə ehtiyacı yaranmışdır. Xilasedicilər onmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindəki mənzilə baxış keçirərkən ağır çəkidən əziyyət çəkən vətəndaşı döşəmədə yıxılmış vəziyyətdə aşkar edərək hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilməsini təmin etmişlər. Xilasetmə əməliyyatı saat 17:52-də başa çatmışdır;

Abşeron rayonunda dənizdə (“Fatmayı” sularda xilasetmə məntəqəsi ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 18:30-da başa çatmışdır.

Geri

29 iyul 2012-ci il saat 15:00-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində dənizdə (“Sumqayıt” sularda xilasetmə məntəqəsi ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdir. Əməliyyat saat 13:15-də başa çatmışdır;

Xəzər rayonunda dənizdə (“Buzovna” sularda xilasetmə məntəqəsi ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 14:10-da başa çatmışdır;

Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə bağlı qapı arxasında 1950-ci il təvəllüdlü qadının mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindəki mənzilə pəncərədən daxil olmuşlar. Mənzilə baxış keçirilərkən Roza Əli qızı Mehtiyeva hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində R.Mehtiyevanın vəfat etdiyi müəyyən olunmuşdur. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 14:13-də başa çatmışdır;

Geri

29 iyul 2012-ci il saat 13:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, 29 iyul 2012-ci il tarixində Lənkəran şəhərində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 3 km solda  nəzarətsiz ərazidə) 1969-cu il təvəllüdlü Qədirova Ayğün Hüseynağa qızının dənizdə batma ehtimalı olması barədə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilmiş və axtarışlara başlamışlar. A.Qədirovanın cəsədi batdığı yerdən, təxminən 1 km solda dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:48-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldırmış, qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 12:36-da başa çatmışdır;

 

Geri

29 iyul 2012-ci il,saat 09:00-dək

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobilinin qabaq şiti yanmışdır. Yanğın, yanğın bölmələri çatana kimi sahibi tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Könüllü kəndində (rayon mərkəzindən 24 km aralı), vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, ümumi sahəsi 150 kv.m olan talvarın yanar konstruksiyaları 100 kv.m və talvarın altına yığılmış 24 ton ot bağlaması yanmışdır. Yanğından talvarın qalan hissəsi və yaxınlıqdakı ev mühafizə olunmuşdur. Yanğın saat 12:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ucar rayonu, Təzə Şilyan kəndində (rayon mərkəzindən 30 km aralı), "VAZ-21011" və "NİSSAN-TİDA" markalı minik avtomobilləri ilə "FORD" və "KAMAZ" markalı yük avtomobillərinin toqquşması nəticəsində yanğın baş vermişdir.  Yanğın nəticəsində "VAZ-21011"  markalı  minik avtomobilinin yanar hissələri yanmışdır.  Hadisə zamanı "VAZ-21011"  markalı minik avtomobilində xəsarət almış sürücü  və 2 nəfər sərnişin vətəndaşlar tərəfindən rayon mərkəzi xəstəxanasına aparılmışlar. Yanğından digər avtomobillər mühafizə olunmuşdur. Yanğın saat 12:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Əsgərabad kəndində (rayon mərkəzindən 6 km aralı), vətəndaşa məxsus 5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 12:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində dənizdə (Sumqayıt xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 13:50-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda 4 ha quru ot və ağac yanmışdır. Yanğından yaxınlıqdakı ağaclar mühafizə olunmuşdur. Yanğın saat 15:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Mingəçevir şəhəri, Mingəçevir su anbarında (sularda xilasetmə məntəqələrinin ərazisidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 16:05-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Quba avtomobil yolunun 35-ci kilometrliyində "TOYOTA" markalı  minik avtomobili və "MAN" markalı yük avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramışdır. "TOYOTA" markalı minik avtomobilinin sürücüsü yaralanmışdır. Yaralı  xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 16:30-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldırmış, qapılarını açmış və vətəndaşları liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 16:43-də başa çatmışdır;

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində, vətəndaşa məxsus ümumi sahəsi 50 kv. m olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd döşək yanmışdır. Yanğın, yanğın bölmələri çatana kimi qonşular tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Fərzəlioba kəndində (rayon mərkəzindən 30km aralı), vətəndaşa məxsus ümumi sahəsi 63 kv.m olan bir mərtəbəli 2 otaqlı fərdi evin dam örtüyü 12 kv.m sahədə yanmışdır. Yanğın, yanğın bölmələri çatana kimi qonşular tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 38 kv.m olan 1 otaqlı mənzilin mətbəxində  1ədəd "SAMSUNG" markalı paltaryuyan yanmış, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı  3 kv. m sahədə ərimişdir. Yanğından mənzilin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 18:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Qazaxlar kəndində (rayon mərkəzindən 10km aralı), vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlaması yanmışdır. Yanğından yaxınlıqdak tikililər mühafizə olunmuşdur. Yanğın saat 18:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Günün müxtəlif saatlarında, Bakı şəhəri, Xəzər və Suraxanı rayonlarında dənizdə (“Sahil-1” və “Hövsan” sularda xilasetmə məntəqələrinin ərazisidə) batmaq təhlükəsi ilə üzləşmiş 4 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur;

Qusar rayonu, İmamqulu kəndində (rayon mərkəzindən 27km aralı), vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə və içərisinə yığılmış 6 ton ot bağlaması yanmışdır. Yanğından tövlənin qalan hissəsi və yaxınlıqdakı ev mühafizə olunmuşdur. Yanğın saat 22:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda Bakı-Ələt avtomobil yolunun 20-ci kilometrliyində vətəndaşa məxsus "MERCEDES-160" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 00:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.