Geri

30 iyun 2012-ci il, saat 09:00-dək

Abşeron rayonunda Fatmayı-Pirşağı yolunun kənarında boş sahədə partlayış təhlükəli əşyaların və döyüş sursatının olması barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olmuşdur. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmişlər.

Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüş, nazirliyin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə aşkarlanmış sursata baxış keçirmişlər. Müəyyən olunmuşdur ki, bu, istifadəyə yararlı olan 54 ədəd partlayış təhlükəli əşya (3 ədəd kiçik maqnitli mina, 10 ədəd “VOQ – 17” qumbarası, 4 ədəd “Zapal MD – 2”, 6 ədəd “F-1” əl qumbarası, 1 ədəd “RQD-5” əl qumbarası, 1 ədəd qeyri-standart əl qumbarası, 8 ədəd “UZRQM” zapalı, 4 ədəd “RKQ 3E” tank əleyhinə əl qumbarası, 11 ədəd “T.Ə.Ə.Q. RKQ 3E” əl tutacağı, 3 ədəd “RQ-7” mərmisinin barıt atımı, 3 ədəd “MPM” minasının zapalı) və 1771 ədəd döyüş sursatıdır (744 ədəd patron 5.45 mm, 775 ədəd patron PS 7.62, 203 ədəd TOZ-8 tüfəng gülləsi, 23 ədəd patron LPS 7.62, 23 ədəd avtomat sandığı 7.62, 1 ədəd əl pulemyotu RPK sandığı, 2 ədəd CVD tüfəng sandığı). Aşkarlanmış partlayış təhlükəli əşyalar və hərbi sursatlar müvafiq qaydada zərərsizləşdirilmiş və aidiyyəti üzrə təhvil verilmişdir.

Xilasedicilər və aidiyyəti qurumların əməkdaşları tərəfindən hadisə yerinə əlavə baxış keçirilmiş və digər şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 15:00-da başa çatmışdır;

Biləsuvar rayonu, Ağalıkənd kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 136 kv.m olan tövlənin qamışdan ibarət dam örtüyü 5 kv.m sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından  mühafizə olunmuşdur. Yanğın saat 15:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində iki nəfər azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Xilasedicilər çoxmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə bayır tərəfdən açaraq içəri daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar xilasedicilər tərəfindən valideynlərinə təhvil verilmişlər. Əməliyyat saat 17:32-də başa çatmışdır;

Masallı rayonu, Qəriblər kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 126 kv.m olan dördotaqlı evdə 8 kv.m sahədə döşəmə və 1 ədəd divan yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından  mühafizə olunmuşdur. Yanğın saat 20:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Böyük Kolatan kəndində (rayon mərkəzindən 13 km aralı)  vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan taxta konstruksiyadan ibarət tövlə, ona bitişik ümumi sahəsi 64 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılmış 5 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda hazırda istifadə olunmayan ümumi sahəsi 1000 kv.m olan anbarın taxta konstruksiyadan ibarət dam örtüyü 450 kv.m sahədə yanmışdır. Anbarın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.