Geri

29 iyun 2012-ci il, saat 09:00-dək

Sabirabad rayonu, Kovlar kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus “KAMAZ” markalı yük avtomobilinin qoşqusuna yığılmış 6 ton ot bağlaması və qoşqunun yanar hissələri yanmışdır. Avtomobil yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda “Toyota” və “VAZ” markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki avtomobil deformasiyaya uğramış, “VAZ” markalı avtomobildə olan sərnişin - 1991-ci il təvəllüdlü Urxan Firuz oğlu Dadaşov ölmüş, sürücü yaralanmışdır. Yaralı hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış U.Dadaşovun cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 11:10-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1922-ci il təvəllüdlü qadın fərdi evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını bayır tərəfdən açmışlar. Evə baxış keçirilərkən vətəndaş döşəmədə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin tibbi müayinə nəticəsində vətəndaşın xəstə olduğu müəyyən olunmuşdur. Əməliyyat saat 11:28-də başa çatmışdır;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 105 kv.m olan 4 otaq və 2 ayabənddən ibarət ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 52 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur; Yanğın saat 14:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 4-cü və 5-ci mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldırmış və qapılarını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:54-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının liftində 3 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 15:31-də başa çatmışdır;

Sabirabad rayonu, Dadaşbəyli kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın zamanı 1 baş buzov tələf olmuş, 5 baş iribuynuzlu heyvan xilas edilmişdir. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1984-сü il təvəllüdlü Samir Sayəddin oğlu Quliyev Quba rayonu, Vladimirovka kəndi ərazisindəki süni göldə (ən yaxın xilasetmə məntəqəsindən 70 km aralı, nəzarətsiz ərazidə) batmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə rayonuna cəlb olunmuş və axtarışlara başlamışlar. S.Quliyevin cəsədi batdığı yerdə tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:20-də başa çatmışdır;

Cəlilabad rayonu, Şıxlar kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan tövlənin dam örtüyü 60 kv.m sahədə və içərisinə yığılmış 2 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Ərkivan qəsəbəsində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin dam örtüyü 24 kv.m sahədə və içərisinə yığılmış 3,5 ton ot bağlamasının 1,5 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 6-cı mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:53-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə pəncərədən daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkarlanmışdır. Əməliyyat saat 20:53-də başa çatmışdır;

27 iyun 2012-ci il tarixində Siyəzən rayonu, Böyük Həmyə kəndi ərazisində dənizdə (“Böyük Həmyə” sularda xilasetmə məntəqəsindən, təxminən, 500 m aralıda, nəzarətsiz ərazidə) batmış 1990-cı il təvəllüdlü Araz Ağaməhəmməd oğlu Məmmədovun axtarışları başa çatmışdır. A.Məmmədovun cəsədi sahildə aşkarlanmışdır;

Bakı şəhəri, Xəzər və Sabunçu rayonları ərazisində dənizdə (“Sahil” və “Bilgəh”  sularda xilasetmə məntəqələrinin ərazisində) 4 nəfər, Sumqayıt şəhəri ərazisində dənizdə (“Corat” sularda xilasetmə məntəqəsindən 3 km və 4 km aralıda, nəzarətsiz ərazidə) 3 nəfər batmaq təhlükəsi ilə üzləşmiş və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşlar;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci və 2-ci mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş və qapılarını açaraq vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:23-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində (“Bakı-mərkəz” sularda xilasetmə məntəqəsindən 2500 m aralıda, nəzarətsiz ərazidə) 1 nəfər özünü dənizə atmışdır. Həmin şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 23:49-da başa çatmışdır;

Füzuli rayonunda vətəndaşa məxsus 34 ton ot bağlamasının 23 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində giriş qapısının kilidin sınması nəticəsində 1 nəfər azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə eyvandan daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat 02:30-da başa çatmışdır;        

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus həyətdə “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda “BMW” və “Toyota” markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi zədələnmişdir. Hadisə şahidlərinin sözlərinə görə, 2 nəfər xəstəxanaya aparılmışdır. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 04:30-da başa çatmışdır;

Gəncə Regional Mərkəzindən daxil olmuş məlumata əsasən,  regional mərkəzin ərazisində hava şəraitinin yağışlı keçməsi ilə əlaqədar Goranboy, Naftalan və Şəmkir rayonlarında bəzi ərazilər yağış suları ilə dolmuşdur. Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması üçün hadisə rayonlarına cəlb olunmuşlar. Hazırda bu istiqamətdə müvafiq işlər görülür.

Daskəsən rayonunda 1988-ci il təvəllüdlü Şəhraman İmran oğlu İmranovu ildırım vurmuşdur.