Geri

31 may 2012-ci il, saat 23:00-dək, ilkin məlumata əsasən

Ucar rayonu, Çiyni kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış  20 ton ot  bağlamasının 12 tonu yanmışdır.Yanğın saat 11:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Ağdaş rayonu, Xınaqlı kəndində vətəndaşa məxsus "NİVA" markalı  kombaynın mühərrikində elektrik avadanlığı və kənd bələdiyyəsinə məxsus ərazidə 0,5 ha biçilməmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Beyləqan rayonu, Xaçıabad qəsəbəsində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus 20 ha otlaq sahəsi yanmışdır.Yanğın saat 19:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

 

Geri

31 may 2012-ci il, saat 20:00-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1996-cı il təvəllüdlü Fərid Mürsəl oğlu Sadıqov Mingəçevir şəhəri ərazisində Yuxarı Qarabağ kanalında (Mingəçevir sularda xilasetmə məntəqəsindən 15 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuşdur.  Qeyd olunan şəxsin cəsədi batdığı ərazidən tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:42-də başa çatmışdır.

 

Geri

31 may 2012-ci il, saat 17:00-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1996-cı il təvəllüdlü Fərid Mürsəl oğlu Sadıqov Mingəçevir şəhəri ərazisində Yuxarı Qarabağ kanalında (Mingəçevir sularda xilasetmə məntəqəsindən 15 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və saat 15:58-də axtarışlara başlamışlar.

Geri

31 may 2012-ci il, saat 15:30-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 7-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 12:48-də başa çatmışdır.

Geri

31 may 2012-ci il, saat 10:45-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 7-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 09:25-də başa çatmışdır.

Geri

31 may 2012-ci il saat 09:00-dək

Ağdaş rayonu, Kotavan kəndində (rayon mərkəzindən 50 km aralı) vətəndaşa məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi və 0,5 ha sahədə kol-kos yanmışdır. Ərazidəki biçilməmiş taxıl sahəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxus ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda 1994-cü il təvəllüdlü 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 16:37-də başa çatmışdır;

Neftçala rayonu, Xol Qarabucaq kəndində vətəndaşa məxsus ərazidə 2 ha biçilməmiş taxıl sahəsi yanmışdır. Digər biçilməmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur;

Zərdab rayonu, Şahhüseynli kəndində (rayon mərkəzindən 35 km aralı) vətəndaşa məxsus ərazidə 4,5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Ərazidəki biçilməmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə bayır tərəfdən açmışlar. Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən valideynlərinə təhvil verilmişdir. Əməliyyat saat 19:33-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər  köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, 1965-ci il təvəllüdlü Sabir Rəşid oğlu Məlikyeqanlı giriş qapısını içəridən bilərəkdən bağlamış və anası - 1938-ci il təvəllüdlü Gülzar Hüseyn qızı Rzayevanın mənzildən çıxmasına yol verməmişdir. S.Məlikyeqanlının üzərində əl qumbarasının olması ehtimalı barədə xilasedicilərə məlumat verilmişdir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin eyvanının dəmir barmaqlıqlarını kəsərək hüquq mühafizə orqanlarının əməkdaşlarının içəri daxil olmalarına şərait yaratmışlar. S.Məlikyeqanlı zərərsizləşdirilmiş, baxış zamanı fiziki təzyiqlərə məruz qaldığı müşahidə olunmuş G.Rzayevaya Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən ilkin tibbi yardım göstərilmişdir. Əməliyyat saat 19:58-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunda Bakı-Sumqayıt yolundakı yanacaqdoldurma məntəqəsində yanacağın ətrafa sızması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri hadisə yerinə cəlb olunmuş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, yanacaqdoldurma məntəqəsində çənlərdən biri deşilmiş və içərisində olan yanacaq (benzin) sızmağa başlamışdır. Yanacaq başqa çənə boşaldılmışdır. Qəzanın nəticələri aradan qaldırılanadək Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerində növbə çəkmişlər. Əməliyyat saat 23:59-da başa çatmışdır;

Goranboy rayonu, Veyisli kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli altıotaqlı evin mətbəxinin lambirindən ibarət tavanı 14 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Ağalıkənd kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.