Geri

30 may 2012-ci il, saat 09:00-dək

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Nizami rayonunda giriş qapısının təsadüfən kilidlənməsi  nəticəsində 1 nəfər azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə damdan enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən valideynlərinə təhvil verilmişdir. Əməliyyat saat 12:00-da başa çatmışdır;

Cəlilabad rayonu, Kazımabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının yanar konstruksiyaları 9 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 8-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş və qapılarını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaratmışdır. Əməliyyat saat 15:01-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə damdan enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən valideynlərinə təhvil verilmişdir. Əməliyyat saat 16:56-da başa çatmışdır;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanmışdır. Yaxınlıqdakı ev  yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 8-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışdır. Əməliyyat saat 18:01-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 8-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 9-cu mərtəbəyə qaldırmış və qapılarını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaratmışdır. Əməliyyat saat 18:03-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağsu rayonu, Sanqalan kəndində vətəndaşa məxsus “KAMAZ” markalı yük avtomobili kanala düşmüş, sürücü yaralı vəziyyətdə nəqliyyat vasitəsində qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1947-ci il təvəllüdlü Ramiz Hudaqulu oğlu Yaqubov köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanına təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qalxaraq içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən R.Yaqubov yataqda hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində vətəndaşın vəfat etdiyi müəyyən olunmuşdur. Əməliyyat saat 20:53-də başa çatmışdır;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 9 kv.m olan dəmir köşkün taxta üzlüyü yanmışdır. Yaxınlıqda olan transformator yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda yol kənarında 5 ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan köməkçi tikilinin tavanı 25 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi və bitişik ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir şəhərində orta məktəbin həyətində ümumi sahəsi 110 kv.m olan köməkçi tikilinin çardağının yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi və yaxınlıqdakı məktəb binası yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Günəşli kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 9 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus hər birinin sahəsi 5 kv.m olan (ümumi 10 kv.m) dəmir konstruksiyalı 2 ədəd köşkün taxta üzlüyü və köşklərə bitişik olan tikilinin 1-ci mərtəbəsində pəncərə çərçivəsi 2 kv.m sahədə yanmışdır. Bina yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Mahmudlu kəndində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Bitişik ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.