Geri

Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri komitəsinin sədri general Xalid Şamim Vaynın rəhbərlik etdiyi nümayəndə heyəti FHN-də olmuşdur

Ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri komitəsinin sədri general Xalid Şamim Vaynın rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qəbul etmişdir. Görüş zamanı nazir Kəmaləddin Heydərov Azərbaycanın son illərdə sosial-iqtisadi həyatın bütün sferalarında əldə etdiyi nailiyyətlərdən danışmış, habelə nazirliyin strukturu və fəaliyyəti barədə qonağa ətraflı məlumat vermişdir.

Qonaq da öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş və hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulamışdır. O, həmçinin, Pakistan İslam Respublikasında musson yağışları nəticəsində baş vermiş daşqınlardan zərər çəkmiş insanlara Fövqəladə Hallar Nazirliyinin göstərdiyi yardıma görə təşəkkür etmişdir.

Geri

29 fevral 2012-ci il, saat 15:00-dək

28 fevral 2012-ci il tarixində 1972-ci il təvəllüdlü Pənah Vaqif oğlu Ramazanov Şabran rayonu ərazisindəki Samur-Dəvəçi kanalına düşmüşdür. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri qeyd olunan şəxsin axtarışlarına cəlb olunmuşlar.

Geri

29 fevral 2012-ci il saat 09:00-dək

Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:08-də başa çatmışdır; 

Sumqayıt şəhərində giriş qapısının kilidində yaranmış nasazlıq üzündən azyaşlı uşağın mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Zərərçəkmişin ilkin tibbi yardıma ehtiyacı olmamışdır. Əməliyyat saat 11:32-də başa çatmışdır;

Sumqayıt şəhərində taxta konstruksiyadan ibarət ümumi sahəsi 1200 kv.m olan çamaşırxananın dam örtüyü 120 kv.m sahədə yanmışdır. Yanğın saat 15:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Çamaşırxananın qalan hissəsi və bitişik bina yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur; 

Goranboy rayonu, Dəliməmmədli şəhərində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yanğın saat 16:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur; 

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan dəmir konstruksiyadan ibarət köşkün taxta üzlüyü və köşkün içərisində 2 litrlik plastik qablarda olan benzin və avtomobil yağları yanmışdır. Yanğın saat 16:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür; 

Xızı rayonu, Qızılqazma kəndində (rayon mərkəzindən 18 km aralı) istirahət mərkəzinin arazisində ümumi sahəsi 28 kv.m olan taxta konstruksiyadan ibarət kottecin dam örtüyünün yanar konstruksiyaları 28 kv.m sahədə yanmışdır. Yanğın saat 17:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Havzova kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan taxta konstruksiyadan ibarət birmərtəbəli ikiotaqlı ev içərisində olan ev əşyaları ilə birlikdə yanmışdır. Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür; 

Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan talvarın yanar konstruksiyaları 9 kv.m sahədə və altına yığılmış 8 ton ot bağlamasının 3 tonu yanmışdır. Yanğın saat 19:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda giriş qapısının kilidində yaranmış nasazlıq üzündən azyaşlı uşağın mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən mənzilə eyvandan daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Zərərçəkmişin ilkin tibbi yardıma ehtiyacı olmamışdır.  Əməliyyat saat 20:53-də başa çatmışdır; 

Bakı şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 5 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 3-cü mərtəbəyə qaldırmış, qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:51-də başa çatmışdır; 

Daşkəsən şəhərində transformatorun yağı və sarğıları yanmışdır. Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür; 

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus "Audi" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür; 

Göygöl rayonu, Üçtəpə kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan tövlənin yanar konstruksiyaları 55 kv.m sahədə və damına yığılmış 4 ton ot bağlamasının 2 tonu yanmışdır. Tövlədə olan 2 baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən xilas edilmiş, tövlənin və ot bağlamasının qalan hissəsi, habelə bitişik talvar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.