Geri

28.02.2012-ci il saat,18:30-dək

Sumqayıt şəhərində taxta konstruksiyadan ibarət ümumi sahəsi 1200 kv.m olan çamaşırxananın dam örtüyü 120 kv.m sahədə yanmışdır. Yanğın saat 15:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Çamaşırxananın qalan hissəsi və bitişik bina yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur;

Goranboy rayonu, Dəliməmmədli şəhərində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yanğın saat 16:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur.

Geri

28.02.2012-ci il, saat 15:00-dək

Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:08-də başa çatmışdır;

Sumqayıt şəhərində giriş qapısının kilidində yaranmış nasazlıq üzündən azyaşlı uşağın mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Zərərçəkmişin ilkin tibbi yardıma ehtiyacı olmamışdır. Əməliyyat saat 11:32-də başa çatmışdır.

 

Geri

28.02.2012-ci il, saat 09:00-dək

Yevlax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m. olan 2 otaqlı evin mətbəxinin tavanı 12 kv.m. sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m. sahədə və tövləyə yığılmış 6 ton ot bağlaması yanmışdır. Yanğın zamanı tövlədə olan 20 baş iri buynuzlu heyvan yanğınsöndürənlər tərəfindən xilas olunmuşdur. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Əlisoltanlı kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m. olan tövlənin tavanı 40 kv.m. sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şamaxı rayonu, Meysəri kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m. olan tövlənin tavanı 4 kv.m. sahədə və içərisində 400 kq ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Böyük Dəhnə kəndində (rayon mərkəzindən 31 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m. olan tövlənin çardağının yanar konstruksiyaları və çardağa yığılmış 3 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Qayıdış qəsəbəsində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 5 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m. olan saunanın dam örtüyünün yanar konstruksiyaları 80 kv.m. sahədə yanmışdır. Saunanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində “Nissan” markalı minik avtomobili və “Hyundai” markalı yük avtomobili toqquşmuşdur. Nəticədə, “Nissan” markalı avtomobilin sürücüsü yaralanmış və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Yaralı xilasedicilər çatana kimi avtomobildən çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 17:59-da başa çatmışdır;

Bərdə şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m. olan 1 mərtəbəli 3 otaqlı evin mətbəxində 4 kv.m. sahədə ev əşyaları yanmışdır. Ev mühafizə yanğından olunmuşdur. Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda 3 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m. olan kafenin mətbəxində elektrik sobası və ətrafa dağılmış yağ qalıqları yanmışdır. Kafe yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında yaşlı kişinin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin eyvanından həmin mərtəbədə  yerləşən eyvana keçməklə sözügedən mənzilə daxil olmuşlar. Mənzilə baxış keçirilərkən hipertoniya xəstəliyindən əziyyət çəkən 1925-ci il təvəllüdlü Nikfam Əzizulla Məhəmməd oğlu döşəmədə halsız vəziyyətdə aşkarlanmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 20:26-da başa çatmışdır;

Şamaxı rayonu, Yenikənd kəndində (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m. olan 1 mərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 70 kv.m. sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus "OTOYOL" markalı sərnişin avtobusunun yanar hissələri yanmışdır. Yaxınlıqda olan avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Qapanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 360 kv.m. olan fermanın qamışdan ibarət dam örtüyü 150 kv.m. sahədə yanmışdır. Yanğın zamanı fermanın içərisində olan 150 baş xırdabuynuzlu heyvan tələf olmuş, fermanın içərisindən 40 baş iribuynuzlu və fermaya bitişik talvarın altından isə 400 baş xırdabuynuzlu heyvan xilas edilmişdir. Fermanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.