Geri

30 noyabr 2012-ci il saat 19:10-dək:

 

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 230 kv.m olan beşotaqlı mənzilin 1 otağında ev əşyaları 6 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

Geri

30 noyabr 2012-ci il saat 14:30-dək:

Sumqayıt şəhərində vətəndaş iki azyaşlı övladının mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermədiyindən narahat olmuş və kömək üçün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə müraciət etmişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuş və giriş qapısını açmışdır. Mənzildə yatmış vəziyyətdə aşkarlanmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 13:20-də başa çatmışdır.

 

Geri

30 noyabr 2012-ci il saat 13:00-dək:

Beyləqan şəhərində ümumi sahəsi 290 kv.m olan Kommunal müssisələri kombinatının birmərtəbəli binasında məcburi köçkünlərin məskunlaşdığı ümumi sahəsi 64 kv.m olan 2 otağın və mətbəxin yanar konstruksiyaları və ümumi sahəsi 66 kv.m olan 1 otağın və mətbəxin yanar konstruksiyaları (ümumi 130 kv.m sahədə) yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 noyabr 2012-ci il saat 09:45-dək:

İmişli rayonu, Aranlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan birmərtəbəli üçotaqlı evin 1 otağında qamışdan ibarət tavan 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 noyabr 2012-ci il saat 09:20-dək:

Bakı şəhəri, Binəqədi rayonunda “Qarant Servis” MMC-yə məxsus tikinti meydançasında fəhlələr üçün nəzərdə tutulmuş ümumi sahəsi 30 kv.m olan otaqda dam örtüyünün yanar konstruksiyaları və içərisindəki əşyalar yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilmişdir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışdır. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 00:58-də başa çatmışdır;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 132 kv.m olan ikimərtəbəli altıotaqlı evin hamam otağında su qızdırıcısında ani alışma olmuşdur. Yanğın olmamışdır. Hadisə nəticəsində evdə olan 1 nəfər yanıq xəsarəti  almış və yanğınsöndürənlər çatana kimi xəstəxanaya aparılmışdır. Hadisə ilə əlaqədar  müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan avtomobil yuma məntəqəsinin lambirdən ibarət tavanı 10 kv.m sahədə və 1 ədəd stol-stul yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.