Geri

30 noyabr 2012-ci il saat 09:20-dək:

Bakı şəhəri, Binəqədi rayonunda “Qarant Servis” MMC-yə məxsus tikinti meydançasında fəhlələr üçün nəzərdə tutulmuş ümumi sahəsi 30 kv.m olan otaqda dam örtüyünün yanar konstruksiyaları və içərisindəki əşyalar yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilmişdir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışdır. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 00:58-də başa çatmışdır;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 132 kv.m olan ikimərtəbəli altıotaqlı evin hamam otağında su qızdırıcısında ani alışma olmuşdur. Yanğın olmamışdır. Hadisə nəticəsində evdə olan 1 nəfər yanıq xəsarəti  almış və yanğınsöndürənlər çatana kimi xəstəxanaya aparılmışdır. Hadisə ilə əlaqədar  müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan avtomobil yuma məntəqəsinin lambirdən ibarət tavanı 10 kv.m sahədə və 1 ədəd stol-stul yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.