Geri

29 noyabr 2012-ci il saat 18:15-dək:

Bakı şəhəri, Səbail rayonunda yerləşən Gənc Tamaşaçılar Teatrının binasında partlayıcı qurğu olması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri gördükdən sonra nazirliyin mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə binada və ətrafında axtarışlar aparmışdır. Axtarışlar nəticəsində partlayıcı qurğu və şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 16:35-də başa çatmışdır.

Geri

29 noyabr 2012-ci il saat 12:50-dək.

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan köşkün dam örtüyünün yanar konstruksiyası yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 noyabr 2012-ci il saat 08:00-dək:

Xaçmaz rayonu, Xudat şəhərində vətəndaşa məxsus “QAZ” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 22:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 4 kv.m olan pivə satışı köşkünün dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Köşkün qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda "Azərbaycan Dəmir Yoları" QSC-yə məxsus depoda dayanmış Bakı-Qazax sərnişin qatarının ümumi sahəsi 60 kv.m olan vaqonunun yanar hissələri (3 kupe) 10 kv.m sahədə yanmışdır. Vaqonun qalan hissəsi və bitişik vaqonlar yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.