Geri

29 noyabr 2012-ci il saat 12:50-dək.

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan köşkün dam örtüyünün yanar konstruksiyası yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 noyabr 2012-ci il saat 08:00-dək:

Xaçmaz rayonu, Xudat şəhərində vətəndaşa məxsus “QAZ” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 22:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 4 kv.m olan pivə satışı köşkünün dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Köşkün qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda "Azərbaycan Dəmir Yoları" QSC-yə məxsus depoda dayanmış Bakı-Qazax sərnişin qatarının ümumi sahəsi 60 kv.m olan vaqonunun yanar hissələri (3 kupe) 10 kv.m sahədə yanmışdır. Vaqonun qalan hissəsi və bitişik vaqonlar yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.