Geri

28 noyabr 2012-ci il saat 22:30-dək:

Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan birmərtəbəli birotaqlı tikintisi başa çatmamış evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Suqovuşan kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus “ZİL” markalı, tutumu 10 ton olan (içərisində 8 ton maye) maye qazdaşıyan avtomobil su kollektoruna aşmışdır. Yanğın təhlükəsizliyinin təmin olunması məqsədi ilə qəza vəziyyəti aradan qaldırılana kimi yanğın bölmələri hadisə yerində növbə çəkmiş və lazımi tədbirlər görmüşdür. Əməliyyat saat 21:07-də başa çatmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aprılır.

Geri

28 noyabr 2012-ci il saat 13:05-dək:

Goranboy şəhərində Dövlət Yol Polis İdarəsinə məxsus “Volkswagen” markalı minik avtomobilinin mühərrik hissəsi və qabaq lövhəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

28 noyabr 2012-ci il saat 12:10-dək:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsinin elektrik avadanlıqları yanmış və qabaq şüşəsi yüksək temperaturdan partlamışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan şəhərində 1937-ci il təvəllüdlü Muxtar İsrafil oğlu Mehdiyevə məxsus ümumi sahəsi 77 kv.m olan birmərtəbəli üçotaqlı evdə 1 otağın yanar konstruksiyaları 21 kv.m sahədə və 2 otağın yanar konstruksiyaları 23 kv.m (ümumi 44 kv.m) sahədə yanmışdır. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin yanmış cəsədi aşkar edilmişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. 

Geri

28 noyabr 2012-ci il saat 08:45-dək:

Sabirabad rayonu, Qəzili kəndində vətəndaşa məxsus ümumi sahəsi 234 kv.m olan birmərtəbəli 5 otaqlı evin mətbəxinin tavan hissəsi 12 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 noyabr 2012-ci il saat 07:10-dək:

Balakən rayonu, Kortala kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 9 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan birmərtəbəli 2 otaqlı evin hamamında bacanın ətrafı 4 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Zirik kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə və içərisinə yığılmış 4,5 ton ot bağlamasının 1,5 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.