Geri

31 oktyabr 2012-ci il, saat 09:00-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını bayır tərəfdən açmaqla daxil olmuşlar. Mənzilə baxış keçirilərkən insan faktoru aşkar edilməmişdir. Əməliyyat saat 09:34-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2010-cu il təvəllüdlü azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər altımərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə damdan enməklə daxil olmuşlar. Mənzilə baxış keçirilərkən gərgin pisixoloji vəziyyətdə aşkarlanmış uşaq valideynlərinə təhvil verilmişdir. Əməliyyat saat 09:35-də başa çatmışdır;

Cəlilabad rayonu, Sarxanlı kəndində (rayon mərkəzindən 34 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 16 ton ot bağlamasının 12 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1935-ci il təvəllüdlü qadın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə damdan enərək pəncərədən daxil olmuşdur. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. O, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir. Əməliyyat saat 14:21-də başa çatmışdır;

Daşkəsən rayonu, Xoşbulaq kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 8 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.