Geri

30 oktyabr 2012-ci il, saat 09:00-dək

Biləsuvar rayonu, Nərimankənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 102 kv.m olan qamışdan ibarət tövlənin yanar konstruksiyaları 50 kv.m sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuş və 20 baş quzu yanğınsöndürən-xilasedicilər tərəfindən xilas edilmişdir. Yanğın saat 11:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Narlıq kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin mətbəxinin lambirindən ibarət tavanı 9 kv.m və aynabəndinin yanar konstruksiyaları 7 kv.m sahədə yanmışdır. Fərdi yaşayış evinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonu, Xələc kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yanğın saat 00:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 22 kv.m olan birmərtəbəli 2 otaqlı fərdi yaşayış evinin 1 otağının yanar konstruksiyaları əşyaları ilə birlikdə 10 kv.m sahədə yanmış və 1 otağın lambirindən ibarət tavanı yüksək temperaturdan 4 kv.m sahədə qarsalanmışdır. Fərdi yaşayış evinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonunda (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 50 kv.m sahədə və içərisinə yığılmış 10 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi və yaxınlıqdakı yaşayış evi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqlı kürsülü fərdi yaşayış evinin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.