Geri

29 oktyabr 2012-ci il, saat 09:00-dək

Qobustan rayonu, Xilmilli kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 7 ton ot bağlamasından 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və tövlənin içərisinə yığılmış 2 kub metr taxta materiallar yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Samux rayonu, Hacıalılı kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə və tövləyə bitişik yığılmış 16 ton ot bağlamasının 10 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala şəhərində vətəndaşa məxsus hər mərtəbəsi 90 kv.m olan ikimərtəbəli 6 otaqlı fərdi yaşayış evinin 1-ci mərtəbəsində 1 otağın tavanı 36 kv.m sahədə və 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 36 kv.m və dam örtüyü 90 kv.m sahədə yanmışdır. Fərdi yaşayış evinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonu, Havarlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və çardağına yığılmış 6 ton ot bağlamasından 3,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqda olan tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.