Geri

28 oktyabr 2012-ci il, saat 21:10-dək ilkin məlumat

Qobustan rayonu, Xilmilli kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 7 ton ot bağlamasından 5 tonu yanmışdır. Otun qalan hissəsi və tövlənin içərisinə yığılmış 2 kub.m taxta materiallar yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Samux rayonu, Hacalılı kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan tövlənin dam örtüyünün  yanar konstruksiyaları 2 kv.m sahədə və tövləyə bitişik yığılmış 16 ton ot bağlamasının 10 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 

Geri

28 oktyabr 2012-ci il, saat 09:00-dək

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 29 kv.m olan ikiotaqlı mənzilin mətbəxində 0,5 kv.m sahədə mətbəx mebeli, qaz sobası və "LG" markalı paltaryuyan maşının üst hissəsi yanmışdır. Yanğından mənzil mühafizə olunmuşdur. Yanğın saat 09:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkda dənizdə insan cəsədinin olması barədə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəsədi sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 15:54-də başa çatmışdır;

Şəmkir şəhəri, S.Vurğun küçəsində  vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan internet klubun lambirdən ibarət tavanı 1 kv.m sahədə yanmışdır. Yanğından internet klubun qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 20:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin mühərriki və salonu, yaxınlıqda dayanmış sahibi məlum olmayan "KİA-CERATO" markalı minik avtomobilinin qabağının sağ hissəsi qismən qarsalanmışdır. Yanğından hər iki avtomobilin qalan hissəsi və yaxınlıqda dayanmış digər avtomobillər mühafizə olunmuşdur. Yanğın saat 22:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Xudat şəhərində vətəndaşa məxsus  həyətyanı sahəyə yığılmış 15 ton ot bağlamasının 10 tonu yanmışdır. Yanğından ot bağlamasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 02:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Mingəçevir şəhəri, AzDRES qəsəbəsində zavodun ərazisində rels üzərində hərəkət edən qaldırıcı kranın sürüşmə kabeli 2 p.m yanmışdır. Yanğından kran mühafizə olunmuşdur. Yanğın saat 04:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus  "OPEL VECTRA" markalı minik avtomobilin mühərrik hissəsində elektrik avadanlıqları yanmışdır. Yanğından minik avtomobilin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 05:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.