Geri

27 oktyabr 2012-ci il, saat 16:00-dək ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkda dənizdə insan cəsədinin olması barədə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəsədi sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 15:54-də başa çatmışdır.

Geri

27 oktyabr 2012-ci il, saat 14:10-dək ilkin məlumata əsasən

 Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 29 kv.m olan ikiotaqlı mənzilin mətbəxində  0,5 kv.m sahədə mətbəx mebeli, qaz sobası və  "LG" markalı paltaryuyan maşının üst hissəsi yanmışdır. Yanğından mənzil mühafizə olunmuşdur.Yanğın saat 09:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

Geri

27 oktyabr 2012-ci il, saat 09:00-dək

Lənkəran rayonu, Göyşaban kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Qobustan rayonunda vətəndaşa məxsus "FORD TRANZİT" markalı mikroavtobusun mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 1 ha olan pambıq təmizləmə zavodunun ərazisində ümumi çəkisi 40 ton olan pambıq tayasının 7 tonu yanmışdır. Pambıq tayasının qalan hissəsi və bitişik tayalar yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:24-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Beyləqan rayonunda (rayon mərkəzindən 46 km aralı) neytral zonada sərhəd ərazisində 4 ha sahədə qamış və kol-kos yanmışdır. Meşə zolağı yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Şamaxı şəhərində vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobili daş boşaldan zaman aşmışdır. Sıxılımış vəziyyətdə qalmış sürücü yanğınsöndürən- xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə edilməklə avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil vermişlər. Əməliyyat saat 20:45-də başa çatmışdır;

 Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus "OPEL" markalı minik avtomobilinin yol kənarındakı səkiyə çırpılması nəticəsində avtomobilin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Yeni yaşayış massivi vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan tikintisi başa çatmamış birmərtəbəli 1 otaqlı evin döşəməsi 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan birmərtəbəli 5 otaqlı kürsülü evin 2 otağının, mətbəxinin, hamamının və çardağının yanar konstruksiyaları 110 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi və yaxınlıqdakı qonşu ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 800 kv.m olan polietilen boru  hazırlanan sexin içərisində 50 kv.m sahədə polietilen borular hazırlanması üçün istifadə olunan xammal yanmışdır. Sexin qalan hissəsi və içərisindəki məhsullar yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.