Geri

31 yanvar 2012-ci il, saat 09:00-dək:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli evin 1-ci mərtəbəsində 1 ədəd inkubator 12 kv.m sahədə yanmışdır. Yanğın saat 11:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 800 kv.m olan ikimərtəbəli 7 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsindəki 3 otağın yanar konstruksiyaları 100 kv.m sahədə yanmışdır. Yanğın saat 13:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Qaraçaycek kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlədə çardağın yanar konstruksiyaları və çardağa yığılmış 2,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 13:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Vəlvələ kəndində (rayon mərkəzindən 27 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan talvarın yanar konstruksiyaları, talvarın altında olan "VAZ" markalı minik avtomobilinin yanar hissələri və ümumi sahəsi 18 kv.m olan köşkün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 13:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Qarayazı kəndi yaxınlığında diametri 1000 mm olan Qazıməmməd-Qazax magistral qaz kəmərində sızma nəticəsində yaranmış alışmanın qarşısı alınmışdır. Qəzanın nəticələri saat 14:45 radələrində aidiyyəti qurumlar tərəfindən aradan qaldırılmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hadisə yerində növbə çəkmişlər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 248 kv.m olan ikimərtəbəli altıotaqlı evin 2-ci mərtəbəsindəki otaqda tavan 20 kv.m sahədə və ev əşyaları qismən yanmışdır. Yanğın saat 15:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 66 kv.m olan dülgər sexində taxta materiallar 7 kv.m sahədə yanmışdır. Yanğın saat 15:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda “QAZ” markalı yük avtomobilinin banı yanmışdır. Yaxınlıqda olan “Mercedes” markalı mikroavtobusun şüşələri və damı yüksək temperaturdan qarsalanmışdır. Hər iki avtomobilin qalan hissələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 4 otaqlı evdə tavan və dam örtüyünün yanar konstruksiyaları 6 kv.m sahədə yanmışdır. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Siyəzən rayonu, Beşdam kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 246 kv.m olan quşçuluq fermasında saman 100 kv.m sahədə yanmışdır. Fermanın lambirdən ibarət tavanı 100 kv.m sahədə yüksək temperaturdan ərimişdir. Fermanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli altıotaqlı kafenin 1-ci mərtəbəsindəki otağın yanar konstruksiyaları 9 kv.m sahədə yanmışdır. Yanğın saat 20:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 20:30-da başa çatmışdır;

Qəbələ rayonu, Sultannuxa kəndi ərazisində “İj” markalı minik avtomobili kanala düşmüşdür. Nəticədə, sürücü - 1971-ci il təvəllüdlü Xəqani Kamal oğlu Vahabov hadisə yerində ölmüşdür. Hadisə yerinə cəlb olunmuş xilasedicilər X.Vahabovun cəsədini kanaldan çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, habelə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 23:50-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 604 kv.m olan taxta konstruksiyalı üçmərtəbəli yaşayış binasının çardağı 180 kv.m sahədə və vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan üçotaqlı mənzildə tavan 20 kv.m sahədə yanmışdır. Yanğın saat 00:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Çarxı kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 156 kv.m olan birmərtəbəli beşotaqlı evin yanar konstruksiyaları 22 kv.m sahədə yanmışdır. Yanğın saat 02:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.