Geri

30 yanvar 2012-ci il, saat 09:00-dək

Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan üçotaqlı evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 100 kv.m sahədə yanmışdır. Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 100 kv.m olan dördotaqlı inzibati binanın yanar konstruksiyaları 24 kv.m sahədə, dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə, habelə içərisində olan sənədlər qismən yanmışdır. Yanğın saat 14:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Tikilinin qalan hissəsi və sənədlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur;

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 30 kv.m sahədə yanmışdır. Yanğın saat 14:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1941-ci il təvəllüdlü kişinin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından xüsusi alət və avadanlıqlar vasitəsilə enərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin tibbi müayinə nəticəsində vətəndaşın xəstə olduğu müəyyən olunmuşdur. Əməliyyat saat 16:09-da başa çatmışdır;

Cəlilabad rayonu, İnili kəndində (rayon mərkəzindən 12 km aralı) ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli dördotaqlı evin 2-ci mərtəbəsində tavan 35 kv.m sahədə yanmışdır. Yanğın saat 20:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı-Qazax yolunun 355-ci kilometrliyində “VAZ” və “BMW” markalı iki minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, “VAZ” markalı avtomobilin sürücüsü və 1 nəfər sərnişini xəsarət almış, digər sərnişini - 1962-ci il təvəllüdlü Əliyar Hidayət oğlu Məmmədov hadisə yerində ölmüşdür. Yaralılar və Ə.Məmmədovun cəsədi xilasedicilərin köməkliyi ilə nəqliyyat vasitəsindən çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 20:35-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda taxta konstruksiyadan ibarət ikimərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 70 kv.m olan üçotaqlı mənzildə tavan 13 kv.m sahədə yanmışdır. Yanğın saat 23:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli 6 otaqlı mansardalı evin 2-ci mərtəbəsində tavan 50 kv.m sahədə və mansardanın yanar konstruksiyaları 50 kv.m sahədə yanmışdır. Yanğın saat 23:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Daşkəsən şəhərində vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 10 kv.m sahədə yanmışdır. Yanğın saat 02:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 30 yanvar 2012-ci il tarixində Göyçay rayonunun Qarayazı  kəndi yaxınlığında diametri 1000 mm olan Qazıməmməd-Qazax magistral qaz kəmərində yaranmış sızma nəticəsində alışma baş vermişdir. Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunmuş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

Geri

29 yanvar 2012-ci il, saat 09:00-dək

Zaqatala rayonu, Əliabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan birmərtəbəli dördotaqlı evdə dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə yanmışdır. Ev sahibinin oğlu - 1965-ci il təvəllüdlü 1-ci qrup əlil İsaq Bulu oğlu Buluyev yanğınsöndürənlər tərəfindən xilas edilmişdir. Yanğın saat 09:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər yüksək mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən həmin mənzilin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən orada heç kimin olmadığı müəyyən olunmuşdur. Əməliyyat saat 12:44-də başa çatmışdır;

Bakı şəhəri, Xəzər rayonunda “BMW”, “Mercedes” və “Hyundai” markalı 3 ədəd minik avtomobili, həmçinin, 1 ədəd “FORD” markalı mikroavtobus qarlı və şaxtalı hava şəraitində asfalt örtüklü magistral yolda buz qatının yaranması səbəbilə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi texnika vasitəsilə avtomobillərin təhlükəsiz əraziyə çıxarılmasını təmin etmişlər. Əməliyyat saat 12:52-də başa çatmışdır;

Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan üçotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yanğın saat 14:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 25 kv.m sahədə yanmışdır. Yanğın saat 15:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Oğuz rayonu, Xaçmaz kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli üçotaqlı evdə tavan 18 kv.m sahədə yanmışdır. Yanğın saat 16:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Çayarxı kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və çardağa yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli ikiotaqlı evdə tavan 6 kv.m sahədə yanmışdır. Yanğın saat 19:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Xanlıqlar kəndində (rayon mərkəzindən 10 km aralı) ümumi sahəsi 800 kv.m olan ikimərtəbəli inzibati binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 15 kv.m olan beton konstruksiyadan ibarət poçt otağında qapı və pəncərə, habelə içərisindəki əşyalar yanmışdır. Yanğın saat 21:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur;

Xızı rayonu, Altıağac qəsəbəsində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan birmərtəbəli birotaqlı evin yanar konstruksiyaları yanmışdır. Yanğın saat 04:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın yerinin kəşfiyyatı zamanı insan sümüyünə oxşar fraqmentlər aşkarlanmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.